Vahid Ələkbərovun oğlu Rusiyanın ən zəngin varisi oldu
“Forbes” jurnalının versiyasına görə, Rusiyanın ən zəngin milyarderlərinin varisləri reytqində birinci pilləni yenidən “LUKOYL” şirkətinin təsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov tutub.
“Xəbərsiz” xəbər verir ki, jurnalın yenilənmiş reytinqinə əsasən, onun payı 29,5 milyard dollar qiymətləndirilir.
Siyahıda sonrakı pillələrdə milyarder övladları arasında paylar aşağıdakı kimi bölüşdürülüb:
2-ci yer: “NOVATEK” və “Sibur” şirkətlərinin sahibi Leonid Mixelsonun qızı Viktoriya və adı açıqlanmayan oğlu yer alıb. Burada hər uşağın payına 14,15 milyard dollar düşür.
3-cü yer: “Evroxim”in təsisçisi Andrey Melniçenkonun övladları Tara və Adrian qərarlaşıblar. Atalarının sərvətindən hər birinə düşən pay 10,2 milyard dollar təşkil edir.





