Məzmuna keç

Heydərov onu idarə rəisi təyin etdi

Polkovnik-leytenant Hikmət Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə rəis təyin edilib.

“Xəbərsiz” Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Qeyd edək ki, Hikmət Əliyev bundan əvvəl DYNX-nın Şimal Regional Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi vəzifəsində çalışıb.

FHN-dən bildirilib ki, bununla bağlı əmr bir müddət əvvəl imzalanıb.