Paşinyana dekabra qədər vaxt verildi: Ya referendum, ya da...
Rusiya Ermənistana qarşı təzyiqlərini deyəsən daha da gücləndirir.
Bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib ki, Ermənistan 2026-cı ilin dekabrına qədər Avropa İttifaqına (Aİ) qoşulmaq və ya Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünü saxlamaqla bağlı referendum keçirmək barədə qərar verməlidir.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Qaluzin TASS İnformasiya Agentliyinə açıqlamasında deyib.
O bildirib ki, həmin vaxt İrəvanla bağlı mümkün əlavə addımlar məsələsi AİB üzv dövlətlərinin dövlət başçılarının görüşündə müzakirə olunacaq.
“Əlbəttə ki, referendum çağırışı həmin vaxta qədər eşidilməsə, liderlər müvafiq birgə addımları müəyyən edərkən bu faktı nəzərə alacaqlar”, – deyə Qaluzin qeyd edib.





