Nepalda baş verən dağıdıcı daşqın nəticəsində 28 ölkədən 466 xarici vətəndaşın itkin düşdüyü bildirilir.
Nepal polisinin məlumatına görə, ümumilikdə 579 nəfərin taleyi məlum deyil. Onların 466-sı əcnəbi, 113-ü isə Nepal vətəndaşıdır.
Rusiyanın Nepaldakı səfirliyi fəlakət bölgəsində azı dörd Rusiya vətəndaşı ilə əlaqənin kəsildiyini açıqlayıb.
Daşqından sonra 162 nəfərin meyiti aşkarlanıb.
Axtarış-xilasetmə işləri davam edir.










