Türkiyənin Kayseri şəhərində “Şirinlər” adı ilə tanınan yeni nəsil cinayətkar qruplaşmaya qarşı əməliyyat keçirilib.
Kayseri Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində keçirilən əməliyyat Kayseri ilə yanaşı İstanbul, Antalya, Konya və Kırıkkale olmaqla ümumilikdə 5 vilayəti əhatə edib.
Əməliyyat nəticəsində 32 şübhəli saxlanılıb. Polis idarəsindəki prosedurlar və tibbi müayinədən sonra onlar məhkəməyə çıxarılıb. Məhkəmənin qərarı ilə şübhəlilərdən 16-sı həbs edilib, digər 16 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.







