Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Kim Çen Inın ailəsi ilə bağlı yeni sirr: Daha bir övladı olduğu iddia edilir

Reklam728 × 90

Cənubi Koreya kəşfiyyatı Şimali Koreya lideri Kim Çen Inin qızı Kim Çju Enin kiçik bacısı və ya qardaşı olduğunu iddia edib.

Bu barədə Fransanın BFM telekanalı Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinə istinadən məlumat yayıb.

Kəşfiyyatın məlumatına görə, uşağın cinsiyyəti dəqiq məlum deyil. Eyni zamanda, Kim Çju Enin daha əvvəl haqqında ehtimallar səsləndirilən böyük qardaşının olub-olmaması da araşdırılır.

Cənubi Koreya kəşfiyyatı hesab edir ki, Kim Çju hazırda Şimali Koreya liderinin varisi kimi nəzərdən keçirilir və onun kiçik bacısı və ya qardaşının olduğu məlumdur. Kəşfiyyatın qiymətləndirməsinə əsasən, Kim Çju faktiki olaraq varis kimi təsdiqlənməsi mərhələsindədir.

Kəşfiyyat orqanı mümkün böyük qardaşın mövcudluğunun da hazırkı varislik mənzərəsini dəyişmədiyini bildirir.

Kim Çju niyə ön plana çıxarılır?

Kim Çen Inın qızı 2022-ci ildən etibarən atası ilə birlikdə ictimai tədbirlərdə müntəzəm görünməyə başlayıb. O, Şimali Koreyada keçirilən mühüm dövlət və hərbi tədbirlərdə atasını müşayiət edir.

Qeyd edək ki, Şimali Koreyanın dövlət mediası da Kim Çju barədə onun xüsusi statusunu vurğulayan ifadələrdən istifadə edir. Bu isə onun ölkənin gələcək lideri kimi hazırlanması ilə bağlı ehtimalları daha da gücləndirir.

Reklam728 × 90