“İnter”in mətbuat xidməti keçmiş hücumçu Sandro Matsollanın vəfat etdiyini açıqlayıb. O, 83 yaşında idi.
Klubun açıqlamasında deyilir:
“Sandro Matsolla tarixin ən böyük futbolçularından biri idi. Həm də təkcə “Neradzurri”nin tarixində deyil. O, ” İnter”in tarixinin bir hissəsi idi: o, uşaq ikən kluba qoşuldu və heç vaxt ayrılmadı”.
Sandronun 6 yaşı olanda atası, “Torino”da oynayan Valentino, bütün komanda ilə birlikdə təyyarə qəzasında həlak olub (1949).
Matsolla 1961-ci ildə 18 yaşında “İnter”in böyüklər komandasında debüt edib və 1977-ci ildə təqaüdə çıxana qədər klubda oynayıb.
O, klubla birlikdə dörd Seriya A titulunu, iki Çempionlar Kubokunu və iki Qitələrarası Kuboku qazanıb. Ümumilikdə, komandada 565 oyunda 158 qol vurub.
Matsolla İtaliya millisində 70 oyun keçirib və 22 qol vurub. Milli komanda ilə o, 1968-ci ildə Avropa çempionu, 1970-ci ildə isə Dünya Kubokunun ikincisi olub.








