Omanın Ras Əl-Hədd bölgəsində ukraynalı turistlərin şok görüntüləri yayılıb.
Sosial mediada yayılan görüntülərə əsasən, turist dəniz tısbağalarına yaxınlaşaraq onlardan birinin belinə minib.
Görüntülərin yayılmasından sonra Oman Ətraf Mühit İdarəsi hadisəyə müdaxilə edib. Qurum turistin hərəkətlərinin vəhşi təbiətin qorunmasına dair Oman qanun və qaydalarını pozduğunu açıqlayıb və onun barəsində hüquqi prosedurların başladığını bildirib.
İdarə dəniz tısbağalarının yuvalama ərazilərində ziyarətçilərin heyvanlara toxunmasının, onlara yaxınlaşmasının və onları narahat etməsinin qadağan olduğunu xatırladıb.










