ABŞ-ın Kaliforniya ştatı sahillərində tibbi helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər xəsarət alıb, daha 1 nəfər isə itkin düşüb.
Hadisə Santa-Katalina adası yaxınlığında baş verib. İçərisində 5 nəfərin olduğu tibbi helikopter havaya qalxdıqdan qısa müddət sonra suya düşüb.
Hadisə yerinə Avalon şəhərinin xilasediciləri və Los-Anceles polisi cəlb olunub. Dörd nəfər xəstəxanaya çatdırılıb. Beşinci şəxsin axtarışları davam etdirilir.
Qeyd edək ki, Santa-Katalina adası Sakit okeanda yerləşir.










