Fransada siniflərdə sıxlıq və müəllim çatışmazlığına qarşı başlayan etirazlar böyüyür.
Ötən həftə Parisdə başlayan etirazlar, daha sonra Dijon, Lion, Strasburq, Lill və Marselə də yayılıb.
Məlumata görə, aksiyalar zamanı əsasən yetkinlik yaşına çatmayan 440 nəfər saxlanılıb, 76 nəfər isə yaralanıb. Yeniyetmələr bir sıra məktəblərin girişlərini bağlayaraq dərslərin keçirilməsinə mane olublar.
Fransanın təhsil naziri Eduard Ceffri şagirdlərin bəzi tələblərinin əsaslı olduğunu bildirib. Lakin nazir aksiyalar zamanı baş verən zorakılıqdan narahatlığını ifadə edib. Onun sözlərinə görə, yalnız çərşənbə axşamı 10 müəllim və bir neçə şagird yaralanıb, müəllimlərdən biri isə döyülüb.
Nazir etirazların gərginləşməsində radikal solçu “La France Insoumise” (LFI) partiyasını ittiham edib.










