Məzmuna keç

Londondan İstanbula uçan təyyarədə insident: Stüardessanı dişlədi

Ötən gün Londondan İstanbula uçan sərnişin təyyarəsində qalmaqal yaşanıb.

Bu barədə Türkiyənin “AJet” aviaşirkəti məlumat yayıb.

Bildirilib ki, uçuş zamanı sərxoş sərnişin ekipaj üzvünü və digər sərnişini dişləyib.

Yanında əyləşən qadına narahatlıq yaratmağa başlayan sərnişinə ekipaj üzvləri müdaxilə etsə də, o, xəbərdarlıqlara məhəl qoymayaraq aqressiv davranışını davam etdirib.

Təyyarə İstanbulun Sabiha Gökçen hava limanına enəndən sonra sərnişin polis tərəfindən saxlanılıb.

Zərərçəkənlər hadisə ilə bağlı polisə şikayət ediblər. Sərnişin “AJet” aviaşirkətinin qara siyahısına daxil edilib.