Rusiya ərazisinə PUA hücumları davam edir. Son sutka ərzində Kursk vilayətində 201 pilotsuz uçuş aparatı məhv edilib.
Bu barədə oktyabrın 2-də vilayətin qubernatoru Aleksandr Xişteyn məlumat verib.
Onun sözlərinə görə, oktyabrın 1-i saat 09:00-dan oktyabrın 2-si saat 09:00-dək Kursk vilayətinin köçürülmüş yaşayış məntəqələri 71 dəfə artilleriya atəşinə tutulub. Bundan başqa, 18 dəfə PUA-lardan partlayıcı qurğularla hücum həyata keçirilib.
Qubernator hücumlar nəticəsində ölən və yaralananların olmadığını bildirib.
Bundan əvvəl Voronej vilayətinin qubernatoru Aleksandr Qusev regionda 62 PUA-nın məhv edildiyini açıqlamışdı. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan və dağıntı qeydə alınmayıb.










