Dünən gecə güclü M sinifli Günəş partlayışı baş verib.
Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun (IFG) alimləri məlumat yayıb.
“5 oktyabr tarixində, Moskva vaxtı ilə saat 21:48-də (Bakı vaxtı ilə 22:48), 4545 günəş ləkəsi qrupunda (N19E10) rentgen şüalarında 30 dəqiqə davam edən M1.1 alovlanması qeydə alınıb”, – deyə açıqlamada bildirilir. Əlavə edilib ki, oxşar gücdə əvvəlki alovlanma bir ay əvvəl müşahidə olunub.
Alovlar Yerə çatan və maqnit fırtınalarına səbəb olan plazma atılmaları ilə müşayiət oluna bilər. Mütəxəssislər belə bir alovlanmanın planet üçün nəticələrini dəqiqləşdirməyiblər.










