Səudiyyə Ərəbistanının cənubundakı Nəcran və Cizan şəhərlərində yerləşən hava limanları hücuma məruz qalıb.
Bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 5-i axşam saatlarında Cizandakı Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Hava Limanı və Nəcran Beynəlxalq Hava Limanına hücumlar edilib.
Hücumlar nəticəsində 3 nəfər yüngül xəsarət alıb, hava limanlarına isə maddi ziyan dəyib.
Hazırda Səudiyyə Ərəbistanı hakimiyyəti hücumların vurduğu ümumi zərərin həcmini müəyyənləşdirir.










