Məzmuna keç

Xarkovda dağıntılar altında insanlar axtarılır

Xarkovda Rusiya Ordusunun endirdiyi aviazərbələr nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.

Xarkov meri İqor Terexovun sözlərinə görə, zərbələr şəhərin Sloboda rayonuna endirilib. Nəticədə anbar ərazisində yanğın baş verib, bir neçə yaşayış binasına ciddi ziyan dəyib. Dağıntılar altında insanların qalması ehtimalı ilə axtarış-xilasetmə işləri davam edir.

Bu arada, ABŞ dövlət katibi Marko Rubio Kiyevdəki ABŞ səfirliyinin fəaliyyətinin dayandırılmasının mümkün olduğunu bildirib. Onun açıqlaması Rusiyanın xarici diplomatları Kiyevi tərk etməyə çağırmasından sonra səslənib.