Ukraynanı qarşıdakı qışda ağır vəziyyət gözləyir. Buna səbəb ölkənin Rusiya tərəfindən istifadə olunan ballistik raketlərə qarşı mübarizə aparmaq üçün kifayət qədər vasitəyə malik olmamasıdır.
Bunu Litvanın baş naziri Mindauqas Sinkyaviçyus Almaniyanın “Welt” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukraynanın bəzən ballistik raketlərə qarşı müdafiə vasitələri ümumiyyətlə olmur. Baş nazir əlavə edib ki, qış aylarında ölkənin böyük ölçüdə dağıdılmış enerji infrastrukturu da vəziyyəti daha da ağırlaşdıracaq.
Sinkyaviçyus Litvanın hər il ÜDM-nin təxminən 0,25 faizini Ukraynaya yardıma ayırdığını bildirib. Bununla yanaşı, konkret yardım həcmi və tədarük müddətləri açıqlanmayıb.










