Kişinin yaşından asılı olmayaraq ata olmaq imkanını uzun illər qoruyub saxlaya bildiyi açıqlanıb.
Bunu androloq, uroloq Vladislav Qladışev “Qazeta.ru”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, kişilərdə spermatogenez, yəni spermatozoidlərin yaranması prosesi ömrün sonuna qədər davam edə bilər. Həkim bununla belə, yaş artdıqca erektil funksiyanın mütləq qorunacağı anlamına gəlmədiyini vurğulayıb.
“Dərin qocalıqda belə kişi ata ola bilər. Spermatogenez ölümə qədər mümkündür. Yaş kişi üçün maneə deyil, qadın üçün isə maneədir”, – Qladışev bildirib.
Qeyd edək ki, akademik Gennadi Onişenko da qadınlarda doğum qabiliyyətinin təxminən 60 yaşa qədər davam edə biləcəyini, kişilərin isə təxminən 90 yaşına qədər ata olmaq imkanını saxlaya bildiyini deyib.
Onun sözlərinə görə, 60 yaşlı qadının hamilə qalması menstrual siklin qorunması, hormonal sistemin normal fəaliyyəti, əlverişli genetika və tibbi dəstəkdən asılıdır.










