Argentina prezidenti Xavyer Miley milli komandada vida matçından sonra Lionel Messi haqda danışıb.
Miley sosial mediada yazıb:
“Çox sağ ol, Lionel Messi ! Şübhəsiz ki, bütün dövrlərin ən yaxşı futbolçususan. İrəli, Argentina!”
Argentina prezidenti həmçinin 2018-ci ildə yayımlanan televiziya verilişindən bir video paylaşaraq yerli medianın tənqidləri fonunda Messini müdafiə etdiyini bildirib.
“Messi inanılmazdır. Bu, 2018-ci ildə, bütün Argentina mətbuatının ona qarşı daim pis rəftar etdiyi bir vaxtda qeydə alınıb. Onlar hələ də ondan üzr istəməyiblər. Sağ olun!” – Miley əlavə edib.










