Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda 6 mərtəbəli yaşayış binası çöküb.
Hadisə Cevizli məhəlləsinin Doğu küçəsində baş verib.
Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, ilk iki mərtəbə tamamilə çöküb, üst mərtəbələrdə qalan şəxslər xilasetmə qruplarının köməyi ilə təxliyə edilib. 14 yaşlı uşaq isə dağıntıların altından sağ çıxarılıb. Onun həyati təhlükəsinin olmadığı bildirilib.
Ölü və yaralı sayı açıqlanmayıb. Dağıntılar altında qalanlar var, onların axtarış-xilasetmə işlərinə başlanıb.
Binanın nə səbəbdən çökdüyü hələlik məlum deyil.










