SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək
24 İyul 2026
Əhaliyə xəbərdarlıq edildi – Şənbə və bazar günlərində…
24 İyul 2026
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24 İyul 2026
Əsas/Cəmiyyət/Adnan Əhmədzadə işində ŞOK AD
CəmiyyətGündəm

Adnan Əhmədzadə işində ŞOK AD

Ziyafət Əlisoy
27 Sentyabr 2025

Fidan Abbasova Şaiq Mirzəyevin Adnan Əhmədzadəyə vəkil tutulmasında keçmiş qaynatasının rolu və iştirakının ola biləcəyini də ehtimal edir.

Bütün bunların fonunda Adnan Əhmədzadənin xaricdəki qalmaqallı hərəkətləri də diqqət çəkir. Lent.az-ın əldə etdiyi məlumata görə, o, ötən il İsveçrədə yol hərəkəti qaydalarını dəfələrlə pozduğuna və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə görə 225 min İsveçrə frankı (təxminən 478 min manat) məbləğində cərimə ödəyib. İsveçrə mediası həmin vaxt yazırdı ki, Əhmədzadə əvvəlcə 10 min frank cərimələnərək vəsiqəsindən məhrum edilib. Lent.az yazıb ki, buna baxmayaraq, Yeni il ərəfəsində o, “Audi” markalı avtomobili ilə sərhədi keçərək Cenevrəyə daxil olub və sərhədçilər tərəfindən saxlanılıb. Bir ay sonra isə Simplon keçidində eyni qanun pozuntusuna görə yenidən tutulub. Valais kantonunun prokurorluğu Əhmədzadəni “təkrar və islah olunmayan” şəxs kimi qiymətləndirib və nəticədə onun əvvəlki şərti cəriməsi də ləğv edilərək 225 min franklıq yekun məbləğ ödənilib. Bu astronomik cəriməni ödədikdən sonra iş adamı İsveçrəni tərk edə bilib. Beləliklə, Adnan Əhmədzadənin ətrafında cərəyan edən hadisələr onun yalnız ölkə daxilində deyil, həm də beynəlxalq miqyasda diqqət çəkən qalmaqallı fiqur olduğunu göstərir. SOCAR-dakı keçmiş fəaliyyətindən tutmuş, İsveçrədəki cərimələrinə qədər bütün faktlar hazırda istintaqın diqqət mərkəzindədir.

Xatırladaq ki, Adnan Əhmədzadə sentyabrın 19-dda Bakıda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlaır tərəfindən saxlanıb. Növbəti gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan qərarı verib. Onun barəsində Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları olduğu bildirilsə də, bu barədə hələ ki, rəsmi məlumat yoxdur. Rəsmi mənbələrdə Əhmədzadənin yalnız 1998-ci ildən 2023-cü ilə qədər SOCAR-da müxtəlif yüksək vəzifələr tutduğu qeyd olunub. O, SOCAR-dakı karyerasının son illərində şirkətin beynəlxalq investisiya və satış işlərinə rəhbərlik edib. Lakin Maltese Herald nəşri iddia edir ki, Əhmədzadə SOCAR-dan rəsmi şəkildə ayrılsa da, şirkətin neft məhsullarının beynəlxalq daşımalarında və satışında mühüm rol oynamaqda davam edib. Nəşr iddia edir ki, bu biznesdə onun rəhbəri olduğu ABDA Invest Holding şirkətinin və onun yaxın qohumu tərəfindən idarə edildiyi deyilən Malta şirkəti Alkagesta-nın adı keçir.

Maltese Herald Adnan Əhmədzadənin bu şirkətin idarəetməsində də güclü nüfuza sahib olduğunu yazıb. Amma Alkagesta şirkəti bu iddianı rədd edir.

Bu ilin iyulunda BP şirkəti Azərbaycan hökumətinin Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Rumıniya və İtaliyaya satdığı neftin tərkibində zərərli maddə hesab edilən xlorid aşkarlandığını bildirmiş, bir neçə gün öncə həmin məlumatı bir daha açıqlamışdı. O zaman Rumıniya mətbuatı çirklənmənin Rusiya tərəfindən məqsədyönlü şəkildə, Azərbaycanın enerji nüfuzunu zədələmək məqsədilə edildiyini açıqlamışdı. Adnan Əhmədzadə həm də dəbdəbəli həyat tərzi, məşhur xarici simaların, futbolçuların və digər nüfuzlu şəxslərin Azərbaycana səfərlərini təşkil etməklə də gündəm olub.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Cəmiyyət24 İyul 2026

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

Hadisə24 İyul 2026

Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı

Hərbi24 İyul 2026

Ermənistan ordusunda şok statistika: Yeddi ayda...

Hadisə24 İyul 2026

Şamaxıda zəlzələ oldu

Dünya24 İyul 2026

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

Dünya24 İyul 2026

Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Gündəm23 İyul 2026

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

Dünya23 İyul 2026

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

Gündəm23 İyul 2026

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Həmçinin oxu

Cəmiyyət

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

No Comment
15 baxış
Cəmiyyət

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

No Comment
6 baxış
Gündəm

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

No Comment
1.7K baxış
Gündəm

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

No Comment
313 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU – SİYAHI
Baş nazirdən yeni qərar…
İqtisadiyyat
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?
Neft yenidən kəskin bahalaşdı

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2166
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1258

Bütün müəllif hüquqları qorunur - 2026