“Real Madrid”in hücumçusu Kilian Mbappe 2027-ci ildə “Liverpul”a keçməyə hazırdır.
Bu barədə ispaniyalı jurnalist Fransua Qallardo bildirib.
“Liverpul” artıq hücumçunun anası və agenti Faiza Lamari ilə əlaqə saxlayıb. Mənbənin məlumatına görə, İngiltərə Premyer Liqası klubları arasında oyunçunun prioriteti “Liverpul”dur.
Qallardo bildirib ki, Mbappe “Real Madrid”in paltardəyişmə otağında dəstəklənmir və bu da ona narahatlıq yaradır.
Hücumçu PSJ ilə müqaviləsi başa çatdıqdan sonra 2024-cü ilin yayında azad agent kimi Madrid klubuna qoşulub. Onun “Real”la hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Mbappe “Real Madrid”də 111 oyun keçirib, 94 qol vurub və 14 məhsuldar ötürmə edib.










