Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian MDB sammitinin keçirildiyi Türkmənistanda görüşüblər.
Ermənistanın Baş naziri görüşün videosunu sosial mediada paylaşıb.
Paşinyan görüşün təfərrüatlarını açıqlamayıb.
İran Prezidenti ilk dəfə olaraq Birlik Dövlət Başçıları Şurasının genişləndirilmiş iclasında iştirak edir.
Qeyd edək ki, şuranın genişləndirilmiş iclası oktyabrın 9-da Türkmənbaşı şəhərində keçiriləcək.










