Məzmuna keç

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Suraxanı rayonunun Günəşli qəsəbəsində İlqar Musayev küçəsinin Etibar Bəkirli küçəsi ilə kəsişməsindən Surxay Noçuyev küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, təmir işləri başa çatanadək qeyd olunan yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri xahiş olunur.