Məzmuna keç

Biləsuvarda toyda bıçaqlanma olub

Biləsuvarda rayon mərkəzində yerləşən şadlıq saraylarından birində bıçaqlanma hadisəsi baş verib.

1977-ci il təvəllüdlü Eldar Vəliyev kürək nahiyəsindən bıçaq xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Ülvü Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.