Məzmuna keç

Trampın xüsusi elçilərinin Moskvaya səfəri təxirə salındı: Səbəb nədir?

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov və Amerika liderinin kürəkəni Cared Kuşner Moskvaya planlaşdırılan səfərlərini Kiyev və Avropanın Rusiya üçün yeni sülh təklifini dəstəkləməyə hazır olub-olmadığını müəyyən edənə qədər təxirə salıblar.

Bu barədə “Axios” məlumat yayıb.

Nəşr əvvəllər Uitkoff və Kuşnerin bu həftə Moskva və Kiyevə səfər edə biləcəyini bildirmişdi.

“Ukrayna ilə münasibətlərdəki böhran fonunda ABŞ prezidentinin elçiləri Stiv Uitkov və Cared Kuşner Moskvaya planlaşdırılan səfərlərini, ən azı Ukrayna və Avropa ölkələrinin Putin üçün yeni birgə təklif barədə razılığa gəlib-gəlmədiyi aydınlaşana qədər təxirə salıblar”, – deyə “Axios” yazıb.