Məişət zorakılığına qarşı qanunvericiliyi sərtləşdirmək təşəbbüsünü irəli sürən və 1 oktyabrdan etibarən bölgələrə səfər edib bu mövzuda imza toplayacağını açıqlayan Anna Akopyan respublika universitetlərini səfərbər edib.
Bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Bildirilir ki, bir sıra universitetlərin dəhlizlərində “Ermənistan Respublikası Milli Assambleyasında məişət zorakılığına qarşı sərt və effektiv vasitələr dəstini təmin edən qanunvericilik layihələrinin qəbul edilməsinin tərəfdarısınızmı? Əgər belədirsə, xahiş edirəm imzalayın” yazısı olan böyük plakatlar yerləşdirilib.
“Dünən öyrəndik ki, İqtisadiyyat Universitetinin rəhbərliyi veb saytında tələbələri imza toplamağa qoşulmağa çağırıb. Amerika Universitetində isə həmin plakat yerləşdirilib və yanında masa qoyulub. Lakin tələbələrdən biri bizə bu təşəbbüsə laqeyd yanaşdıqlarını, əsasən oxuduqlarını, gülümsədiklərini bildirdi. Həmin universitetdə nə qədər imza toplandığını öyrənə bilmədik”, – nəşr qeyd edir.










