“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 17-18 oktyabrda Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.
Bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
“Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz”, – məlumatda qeyd olunub.










