2027-2030-cu illərdə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin ( Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) bərpasına və yenidən qurulmasına 13,2 milyard manat xərclənəcəyi proqnozlaşdırılır.
Bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Sənədə əsasən, həmin xərclərin əsaslı xərclərcə xüsusi çəkisi 24,1 % təşkil edəcək.










