Payızda səhər yeməyini ötürmək, yuxusuzluq və kifayət qədər maye qəbul etməmək baş ağrısına səbəb ola bilər.
Bunu nevroloq Yekaterina Demyanovskaya bildirib.
Onun sözlərinə görə, payızda gündəlik rejimin dəyişməsi, səhərlər oyanmağın çətinləşməsi və axşam saatlarında ekran qarşısında çox vaxt keçirmək yuxu müddətini azaldır. Bu amillər baş ağrısı tutmalarını tətikləyə bilər.
Həkim bildirib ki, xüsusilə miqrendən əziyyət çəkən insanlar yeməklər arasında uzun fasilələrə həssasdırlar. Hətta səhər yeməyini ötürmək belə növbəti miqren tutmasına səbəb ola bilər.
Demyanovskaya əlavə edib ki, sərin havalarda susuzluq hissi zəiflədiyindən insanlar daha az maye qəbul edə bilərlər. Nəticədə yaranan susuzlaşma baş ağrısına səbəb ola və mövcud ağrını gücləndirə bilər.










