Məzmuna keç

30 ölkə, 854 şəhər: 50 mindən çox insan ölüb

Avropada bu yay müşahidə olunan ekstremal istilər 50 mindən çox insanın həyatına son qoyub. Araşdırmaya görə, ölüm hallarının təxminən üçdə ikisi iqlim dəyişikliyi ilə əlaqəlidir.

Bu barədə “The Independent” məlumat yayıb.

“Imperial College London” və London Gigiyena və Tropik Tibb Məktəbinin alimləri 30 ölkənin 854 şəhər ərazisində yüksək temperaturun insan tələfatına təsirini araşdırıblar.

Tədqiqatın nəticələrinə əsasən, 2026-cı ilin yayında həddindən artıq istilər səbəbindən qeydə alınan ölüm hallarının sayı 2000-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Alimlərin hesablamalarına görə, ölümlərin təxminən üçdə biri iyunun 17-dən iyulun 1-dək olan dövrdə baş verib. Həmin müddətdə region üzrə gündəlik orta temperatur 1991–2020-ci illərin göstəricisini 5 dərəcədən çox üstələyib.

İsti hava dalğalarından ən çox Cənubi və Qərbi Avropa şəhərləri zərər çəkib. Şimali Avropanın şəhər ərazilərində isə təxminən 4500 nəfərin yüksək temperatur səbəbindən öldüyü ehtimal edilir.