Məzmuna keç

İspaniyada sürət qatarları toqquşdu – 46 nəfər öldü

İspaniyada iki sürətli qatarın toqquşması nəticəsində ən azı 46 nəfər həlak olub.

Bu barədə “The Independent” nəşri məlumat yayıb.

Hadisənin ilkin mərhələsində 10 nəfərin öldüyü bildirilsə də, sonradan ölənlərin sayının 46 -a çatdığı qeyd olunub.

Qatarlardan birinin iki vaqonu relsdən çıxaraq aşıb və dəmir yolu xəttindən kənara düşüb. Hadisə şahidləri çox sayda insanın xəsarət aldığını bildiriblər. Əraziyə tibb işçiləri cəlb olunublar.