Məzmuna keç

İspaniyadakı qatar qəzalarında İsrail izi? – Şübhələr artır

İspaniyada 2026-cı ildə baş verən iki qatar qəzasında ümumilikdə 115 nəfərin həyatını itirməsi ölkənin dəmir yolu təhlükəsizliyi sistemləri ilə bağlı müzakirələrə səbəb olub. Diqqətlər İspaniyanın dəmir yolu sektorunda fəaliyyət göstərən İsraillə əlaqəli şirkətlərə yönəlib.

Bu barədə “Haber7” məlumat yayıb.

Bildirilib ki, yanvar ayında Madrid-Sevilya yüksəksürətli qatar xəttinin Adamuz ərazisində baş verən qəzada 46 nəfər ölüb. Oktyabrın 28-də isə Toledoya yaxın Urda ərazisində iki yüksəksürətli qatarın toqquşması nəticəsində 69 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

İddiaya görə, İspaniyanın milli dəmir yolu operatoru “Renfe” təhlükəsizlik və müşahidə xidmətləri sahəsində İsrail mənşəli ICTS qrupu ilə əlaqəli “I-SEC” şirkəti ilə əməkdaşlıq edir.

Bundan başqa, Fransanın dəmir yolu sistemləri istehsalçısı “Alstom”un qatar xətlərinin kibertəhlükəsizliyi sahəsində fəaliyyət göstərən İsrailin “Cylus” şirkətinə 7 milyon dollar investisiya yatırdığı qeyd olunur. Bu əməkdaşlıq çərçivəsində qatar xətlərinin kiberhücumlardan qorunması üçün təhlükəsizlik həlləri hazırlanır.

Qəzaların ardından sosial şəbəkələrdə İspaniyanın dəmir yolu infrastrukturunda istifadə edilən təhlükəsizlik sistemlərinin və xarici texnologiya şirkətlərinin rolunun ətraflı araşdırılmasına çağırışlar edilib.