ABŞ prezidenti Donald Tramp cümə axşamı günü qarşıdakı həftələrdə “çox şeyin baş verəcəyini” bildirib.
Tramp jurnalistlərə bildirib:
“Biz çox şey edəcəyik. Növbəti həftə, iki həftə ərzində çox şey görəcəksiniz”.
O qeyd edib ki, hazırda ABŞ-da minlərlə fabrik tikilir. O bildirib ki, tətbiq etdiyi tariflər onlar üçün çox vacibdir.
“Əgər bu rüsumları dərhal aradan qaldırsanız, bütün bu fabriklərin tikintisi dayandırılmalı olacaq”, – deyə o bildirib.










