Məzmuna keç

Bakıda kafedəki insidentlə bağlı daha 3 nəfər saxlanıldı

Bakının Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, cinayət əməlini törədən daha 3 nəfər – Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev Nərimanov rayonunda polisin keçirdiyi növbəti tədbirlərlə saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.