Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemləri Kaluqa vilayəti üzərində ötən axşam və gecə ərzində 293 pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə vilayətin qubernatoru Vladislav Şapşa məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində xəsarət alan olmayıb. Dağıntılar qeydə alınmayıb, infrastruktur obyektlərinə də ziyan dəyməyib.










