Məzmuna keç

Azərbaycan ev qiymətinə samovar satışa çıxarıldı

Azərbaycanda qədim samovar 45 min manata satışa çıxarılıb.

Satışa qoyulan 30 litrlik samovarın qiyməti diqqət çəkib. Qədim əşya üçün 45 min manat tələb olunur.

Məlumata görə, sözügedən samovarın çox qədim tarixi var. Onun üzərində orijinallığını təsdiqləyən bütün zəruri möhürlərin olduğu bildirilir.

Samovarın Azərbaycanda bənzərinin olmadığı iddia edilir.