Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları ucuzlaşıb.
Əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.63% dəyər itirərək 3.1558 ABŞ dollarına bərabər olub.
Niderlandın “Title Transfer Facility” (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 0.25% azalaraq 85.19 avroya bərabər olub.










