Məzmuna keç

Fransa rəsmən təsdiqlədi: Qoşunlarımız oradadır

Fransanın xarici işlər naziri Jan-Noel Barrot Ukraynada Fransa qoşunlarının mövcudluğunu təsdiqləyərək, bunun Parisin edə biləcəyi ən az şey olduğunu söyləyib.

Nazirin sözlərini “Reuters” agentliyi sitat gətirib.

Onun sözlərinə görə, Fransa qoşunları təlim və texniki dəstək üçün Ukraynadadır. Barrot vurğulayıb ki, Paris münaqişədə tərəf deyil və müharibəyə qoşulmağa çalışmır, lakin Ukrayna ordusunu və Ukrayna müqavimətini dəstəkləyir.

“Avropa sərhədlərində müstəqilliyi, azadlığı və demokratiyası uğrunda mübarizə aparan bir millət, təhlükəsizliyimiz uğrunda mübarizə aparan bir millət üçün edə biləcəyimiz ən az şey bir neçə təlimatçı və texniki xidmət mütəxəssisi göndərməkdir”, – nazir bildirib.