Məzmuna keç

Yük maşını ilə 12 yaşlı velosipedçini vuraraq öldürdü

Yevlaxda yük avtomobili 12 yaşlı velosipedçini vuraraq öldürüb.

Semur Novruz oğlu Quliyev idarə etdiyi “Renault Master” markalı yük avtomobili ilə Yevlax rayonu Qoyunbinəsi kəndinin ərazisində velosipedlə hərəkətdə olan 2014-cü il təvəllüdlü Eltac Elçin oğlu Məmmədlini vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb.