Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionu olub.
İdmançımız Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında qızıl medala layiq görülüb.
K44 kateqoriyası üzrə 58 kiloqram çəkidə mübarizə aparan idmançımız 1/8 finalda hindistanlı Mohit Sinq, 1/4 finalda monqolustanlı Temirbek Kaulyet, yarımfinalda isə taypeyli Xiao Xianq-Ven üzərində qələbə qazanaraq finala yüksəlib.
20 yaşlı paralimpiyaçımız həlledici döyüşdə son Paralimpiya çempionu, Asaf Yasuru (İsrail) məğlub edərək dünya çempionu tituluna yiyələnib.










