Məktəb direktorların işə qəbulunda eyni bal toplayan namizədlər arasında seçim qaydası açıqlanıb.
Direktor vəzifəsinə işə qəbulda eyni nəticə göstərən namizədlər arasında seçim müəyyən ardıcıllıqla aparılacaq.
a) Daha yüksək balı olan;
b) Magistr dərəcəsinə malik olan;
c) Pedaqoji stajı daha çox olan;
d) Rəhbər vəzifə təcrübəsi daha çox olan
Müsahibə mərhələsində isə namizəd aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:
a) Liderlik və strateji idarəetmə bacarıqları;
b) Pedaqoji və tədris bacarıqları;
c) İdarəçilik və təşkilatçılıq bacarıqları;
d) Ünsiyyət və əlaqə bacarıqları;
e) Problemlərin həlli və qərarvermə;
f) Rəqəmsal və texnoloji bacarıqlar;
g) Sosial və emosional bacarıqlar
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 27 noyabr saat 15:00-dan 4 dekabr saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron ərizələrinə müvafiq məlumatları daxil etdikdən, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.










