Gürcüstan, Ermənistan və Azərbaycan dövlətçiliyini məhv etməyə çalışan Avropa İttifaqı və Avropa ölkələrinin xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir.
“Xəbərsiz” bildirir ki, bunu TASS-a Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski Gürcüstanda bələdiyyə seçkiləri fonunda Tbilisidə baş verən iğtişaşları şərh edərkən deyib.
“Onlar üçün hər hansı bir postsovet dövləti məhvetmə elementi, mövcud bəşəri dəyərləri və dərin tarixi kökləri məhv etmək vasitəsidir. Məqsədləri bütün bunları kəsmək, bulanıqlaşdırmaq və postsovet məkanındakı istənilən dövləti tullantı çuxuruna çevirməkdir. Ona görə də Ermənistan və Azərbaycan bir dəfə eyni hərəkətlərə məruz qalacaqlar”.
Agentliyin mənbəsi əlavə edib ki, Avropa İttifaqı “hazırda yol ayrıcında” olan digər ölkələrə qarşı da oxşar siyasət həyata keçirir. O, Ukraynanın və orada baş verənlərin həmin ölkələr üçün nümunə olduğunu vurğulayıb.
Əli Hacı







