Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Fələstin: İsrail Qəzzada sığınacaqlara, evlərə və məscidə hücum edib, 90-dan çox adam həlak olub

Reklam728 × 90

İsrail ordusunun atəşkəs razılaşmasına baxmayaraq, dünən gecədən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 35-i uşaq olmaqla, 91 fələstinlinin həlak olduğunu bildirib.

“Xəbərsiz” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Qəzza zolağının şimalında 31, mərkəzi bölgələrdə 42, cənubda isə 18 nəfəri öldürüb.

Dövlətə məxsus “Vafa” xəbər agentliyi Qəzza xəstəxanalarındakı mənbələrə istinadən xəbər verir ki, hücumlar nəticəsində onlarla mülki şəxs yaralanıb.

İslam İman

Reklam728 × 90