Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Slovakiya Ukraynanın hərbi xərclərini qarşılamaqdan imtina edir – Baş nazir

Reklam728 × 90

Slovakiya Ukraynanın hərbi xərclərinin qarşılanmasında iştirak etməyəcək.

“Xəbərsiz” bildirir ki, bunu Slovakiya Baş naziri Robert Fiko deyib.

“Slovakiya Ukraynanın hərbi xərclərinin maliyyələşdirilməsində iştirak etmək üçün bir sent də ayırmayacaq. Əvvəlcə dediyim kimi, biz heç kimə heç nə verməyəcəyik. Əgər bu, yaxın iki ildə hərbi xərcləri nəzərdə tutursa, Ukraynanın maliyyələşdirilməsinə zəmanət vermək üçün heç nəyə imza atmayacağam. Mən Slovakiya parlamentinin bu məsələ ilə bağlı növbədənkənar sessiyasının keçirilməsinə təşəbbüs göstərəcəyəm”, – deyə o, əlavə edib.

O, həmçinin bildirib ki, Vaşinqtonun ABŞ-ın Avropadakı hərbi kontingentini ixtisar etmək planlarından xəbər tutanda təəccüblənməyib.

Əli Hacı

 

Reklam728 × 90