Hollandiyanın ən böyük müxalifət bloku olan Hollandiya Yaşıllar-Əmək İttifaqının lideri Frans Timmermans parlament seçkilərinin ilk nəticələrinin açıqlanmasından sonra siyasi hərəkatın rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.
“Xəbərsiz” bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.
Nəticələr göstərir ki, solçu partiya parlamentdə 20 mandat qazanır, 5 yer itirir.
NOS televiziya kanalına müsahibəsində o, bu nəticələrdən məyus olduğunu və onlara görə tam məsuliyyət daşıdığını bildirib.
İslam İman







