Çexiyada qalib gələn partiyalar koalisiya sazişi imzalayıb
Çexiya parlamentinin aşağı palatasına seçkilərdə ən yaxşı nəticə göstərən siyasi partiyaların liderləri hökumət koalisiyasının yaradılması haqqında saziş imzalayıblar.
“Xəbərsiz” bildirir ki, mərasimi Çexiya Xəbər Agentliyi (CTK) yayımlayıb.
Hökumət koalisiyası 200 qanunvericidən 108-nin dəstəklədiyi ANO, SPD (Azadlıq və Birbaşa Demokratiya) və Motorist partiyalarından ibarət olacaq.
Partiyalar koalisiyanın spikeri kimi SPD-nin sədri Tomio Okamuranın namizədliyini irəli sürüblər.
Onlar həmçinin hökumətin Çex Respublikasının NATO və Avropa İttifaqına üzvlüyünə, habelə bu ölkədə ən sürətli sülhə nail olmaq üçün Ukraynaya diplomatik dəstəyə sadiqliyini vurğulayan gündəliyin layihəsini təqdim ediblər.
Çexiya KİV-lərinin məlumatına görə, ANO-nun rəhbəri Andrey Babiş yaxın vaxtlarda koalisiyanın yaradılması barədə Çexiya prezidenti Petr Pavelə məlumat verəcək və Nazirlər Kabinetinin yeni tərkibini təqdim edəcək. Daha əvvəl Babiş bildirib ki, yeni hökumət dekabrın ortalarından gec olmayaraq işə başlayacaq.
Əli Hacı





