Hazırda Azərbaycan Beynəlxalq Bankının kartlarından pul silinməsi halları müşahidə olunur.
“Xəbərsiz” xəbər verir ki, bununla bağlı vətəndaşlar sosial şəbəkələrdə paylaşımlar ediblər.
Bankdan verilən məlumata görə, buna səbəb 3-cü tərəf sistemlərində yaranmış texniki çətinlikdir:
“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq”, – deyə məlumatda bildirilib.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





