ABŞ-də dəhşətli qətl - Oğul anasını mirasa görə öldürdü
ABŞ-nin Missuri ştatında oğul anasını dəhşətli şəkildə öldürüb.
“Xəbərsiz” xarici mediaya istinadən xəbər verir ki, buna səbəb oğulun anası tərəfindən miras payından məhrum edilməsi olub.
Belə ki, bu xəbəri eşidən Derrik Allinq anası Kerolin Allinqi çubuq və bellə öldürüb.
Dəhşətli qətl Kerolinin ərinin xəbərindən sonra üzə çıxıb. Məlumata görə, kişi arvadına dəfələrlə zəng etsə də, əlaqə saxlaya bilməyib.
Gənc oğlan dərhal həbs edilib.
O, oktyabrın 14-də məhkəmə qarşısına çıxacaq.
İntiqam İsa
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





