Müctəba Xamenei niyə üzə çıxmır?
İranın Ali Lideri Müctəba Xamenei təhlükəsizlik tədbirləri səbəbindən ictimaiyyət qarşısına çıxmır.
“Xəbərsiz” xəbər verir ki,bu barədə xarici işlər naziri Abbas Əraqçi Livanın “Əl-Məyadin” televiziya kanalına verdiyi müsahibədə bildirib.
“O, ölkədəki proseslərdə çox yaxından iştirak edir və inkişafa təsir göstərir, hakimiyyətin sükanlarını tutur. Lakin təhlükəsizlik səbəblərinə görə müvafiq orqanlar onu şəxsən çıxış etməkdən çəkindirirlər”, – deyə nazir bildirib.
Əraqçi əlavə edib ki, İran hökuməti Ali Rəhbərlə əlaqə saxlayır.
İyunun 2-də ABŞ dövlət katibi Marko Rubio Xameneinin sağ olduğuna və əsas siyasi qərarlarda fəal iştirak etdiyinə dair əlamətlər olduğunu bildirib.
İranın Ali Lideri bu ilin mart ayında ABŞ-İsrail birgə bombardmanı zamanı yaralanıb. O, 9 mart gecəsi ən yüksək rəhbər vəzifəsinə seçilib və o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb. Liderin mətbuat xidməti onun adından televiziya aparıcıları tərəfindən oxunan və ya çap olunmuş bir neçə mesajla məhdudlaşıb.
Daha əvvəl ABŞ Xameneinin faktiki olaraq xarici dünyadan təcrid olunduğunu bildirib.//Oxu24.com





