"ABŞ iki il ərzində Çindən idxal edilən nadir torpaq metallarından asılılığını aradan qaldıracaq"
ABŞ iki il ərzində Çinin nadir torpaq metallarından asılılığını aradan qaldırmaq niyyətindədir.
“Xəbərsiz” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp CBS News telekanalına müsahibəsində bildirib.
“Qısa müddət ərzində ehtiyacımız olan hər şeyə sahib olacağıq”, – deyə Tramp bildirib.
“Bildiyiniz kimi, biz fövqəladə vəziyyət proqramına başlamışıq və bir ildən bir il yarıma qədər ehtiyacımız olan hər şeyə sahib olacağıq. İki il ərzində nadir torpaq metalları artıq problem olmayacaq”, – o, əlavə edib.
İslam İman





